Haqqımızda

Paymes Elektronik Ticaret ve Bilişim Teknolojileri AŞ, şəxslərin elektronik ticarətə daha sürətli, asan və etibarlı giriş etməsinə şərait yaradan sosial şəbəkələr vasitəsi ilə ticarətə xidmət edən finansal texnologiya inkişafçısı firmadır.

Şirkət missiyamız yaş həddi olmadan, cihaz fərq etmədən, dil və yer ayırd etmədən hər kəsin saniyyələr ərzində sosial şəbəkələr vasitəsi ilə ödəmə almağına köməklik etməkdir.

Türkiyə, Azərbaycan, Səudi Ərəbstan və Amerika-da olan komandamız və tərəfdaşlarımız ilə müştərilərimizin və hədəf bazarlarımızın ehtiyyaclarına görə həll yolları təqdim etməyi hədəfləyirik.

İstifadəçilərimizdən və bazardan əldə etdiyimiz məlumatlardan istifadə edərək davamlı olaraq özümüzü yeniləyir və innovativ həll yolları inkişaf etdirmək üçün işləyirik.

2017ci ilin may ayında işə başladığımız gündən bəri sırası ilə

  • Çili dövləti tərəfindən dəstəklənən sürətləndirmə proqramı Startup Chile-də iştirak etdik.
  • MVHolding, Gedik Yatırım və hissədarları tərəfindən idarə olunan StartershubXO adlı sürətləndirmə proqramında iştirak etdik.
  • Dünyanın qabaqcıl girişimçilik yarışmalarından Seedstars-da 2017ci ilin ən yaxşı layihəsi olaraq Türkiyə-ni təmsil etdik.
  • Avropa-nın ən böyük girişim yarışması Slush-da avropanın ən yaxşl 50 şirkətindən biri olaraq göstərildik.
  • 250000-dən çox Türk istifadəçiyə xidmət edərək, Türkiyə və xaricdən etibarlı ödəmə almaqlarına köməklik etdik və ölkə ekonomiyasına dəstək olduq.

Şirkət mədəniyyətimiz

  • Rəqəmlərin performans göstəricisi olduğuna inanmırıq. Müştərilərimizin və komandamızın xoşbəxtliyi ən böyük məqsədimizdir.
  • Paymes-də bütün fikirləri dinləməyə hazırıq və qərarlarımızı buna görə alırıq.
  • Səhv etməyin ən düzgün təcrübə olduğuna inanırıq və şirkətimizdə etdiyimiz xətalardan müsbət nəticələr əldə etməyə çalışırıq.
  • Öyrəndiklərimiz daxil olmaqla bütün bildiklərimizi müştərilərimizlə paylaşmaqdan həzz alırıq. Məqsədimiz sadəcə satışların artmağında köməklik etməmək, eyni zamanda sosial ticaret görüşlərimizlə də onları bu sahədə təlimləndirməkdir.
  • Paymes-də işləyən hamı vəzifə fərqi olmadan Paymesi-i təmsil edir.
  • Məqsədimiz daim ən yaxşılarla işləməkdir.
  • Xəyal və idealları olmayanlar ilə eyni komandada yer almırıq.
  • Komanda olaraq, dünyadakı sektoral və bizi əlaqədar edən hər şeyi izləyirik.

Yatırımçılarımız

Tərəfdaşlarımız